Gözlərimizin rəngi ilə doğulduğumuz kimi, kökəlməyə meylliliklə də
doğula bilərik və heç kimi gözlərinin rənginə görə
günahlandırmadığımız kimi, genetik olaraq kökəlməyə meyilli insanları
da qınamamalıyıq.
Genlərin və piylənmənin əlaqəsi haqqında bəzi fikirləri 1952-ci ildə
Miçiqan Universitetinin bir qrup tədqiqatçısı irəli sürüb. Onlar
əsasən yerli orta məktəblərdən olan 81 cüt əkiz üzərində araşdırma
aparıblar. Əkizlər ayaqların uzunluğu, qolun uzunluğu və hətta burun
ölçüləri də daxil olmaqla bir çox meyarlarla ölçülüb.
Ölçmələr tədqiqatçılara bu fərqli xüsusiyyətlərin onların
valideynlərindən “miras” qalma ehtimalının dərəcəsini anlamağa imkan
verdi - buna irsiyyət deyilir. Tədqiqatçılar bütün xüsusiyyətlər
arasında bədən çəkisi və belin çevrəsinin ən yüksək irsiyyət nisbətinə
malik olduğunu aşkar ediblər.
O vaxtdan bəri bir çox oxşar araşdırmalar aparılıb ki, onlarda da
ayrı-ayrı mühitdə böyümüş əkizlər müqayisə edilib. Eyni yumurta
əkizləri, doğuşdan birlikdə və ya ayrı böyümələrindən asılı olmayaraq,
bənzər çəkiyə malik olublar. Bu, bədən
çəkisini təyin etməkdə genlərin mühit üzərindəki gücünü göstərir.
Bu nəticələr genetikanın piylənmədə mərkəzi rol oynadığına dair
təkzibedilməz sübutlar təqdim edir. Bəzi sübutlar genetik faktorun
40-70 faiz arasında olduğunu göstərir. Bu o deməkdir ki,
valideynlərinizdən “miras” aldığınız genlər piylənmə riskinizi artıra bilər.
Genetika piylənmənin inkişafında mərkəzi rol oynayır və
bəzi məlumatlara əsasən bu 40-70 faiz təşkil edir.
-Waalen J, The genetics of human obesity
Genlər çəkiyə necə təsir edir?
Bu sahədə araşdırma davam etdirilir. Ancaq bildiyimiz odur ki, genlər
aşağıdakılara təsir edir:
Üstünlük verdiyimiz qidalardan nə qədər zövq alırıq
Bizə bədənimizin əsas funksiyalarını yerinə yetirmək üçün nə
qədər enerji lazımdır
Bədənimizdəki artıq kalorilər yağ
şəklində necə və harada saxlanılır
İndi bilirik ki, bu xüsusiyyətlər şəxsi keyfiyyətlərimizlə və həyat
tərzi seçimimiz ilə daha az və genlərimizlə daha çox bağlı ola
bilər.
Yaşadığımız mühit dəyişib, amma genlərimiz dəyişməyib
Əgər belədirsə, niyə yüz il əvvəl piylənmədən əziyyət çəkən insanlar
çox az idi? Genetik Frensis Kollinzin dediyi kimi: “Genetika silahı
doldurur, mühit isə tətiyi çəkir”.
Genlərimiz son yüz il ərzində dəyişməyib. Əslində, onlar son 50 000
il ərzində əsasən dəyişməz qalıb. Dəyişən mühitdir.
Bəzilərimizdə müəyyən mühitlərdə allergiya inkişaf etdiyi kimi, bəzi
genlərimiz də mühit tərəfindən aktivləşdirilə və dəyişdirilə bilər.
Biz artıq stress,
bol
qida və fərqli
texnologiyalar dövründə yaşayırıq. Onlar genlərimizlə yeni bir
şəkildə qarşılıqlı əlaqə qururlar. Piylənmə bu qarşılıqlı əlaqə
nəticəsinin bir hissəsidir.
Genetika müasir şəraitdə bəzi insanları daha yüksək piylənmə riskinə
məruz qoyur
Piylənmə üzrə ixtisaslaşmış professor, tədqiqatçı və klinisist Cozef
Proyetto piylənmənin genetik əsasını belə izah edir. İki müxtəlif
ölçüdə qab təsəvvür edək: biri 5, digəri isə 50 litr tutur. Qablar
bütün gecə yağış altında qalır və səhər hər ikisi su ilə doludur.
Daha böyük qabda kiçik qabdan daha çox su olması təəccüblü deyil.
Professor Cozef Proyetto izah edir ki, bu ona görədir ki, böyük qab
daha çox su tutmaq üçün hazırlanıb. “Başqa sözlə, piylənmənin
inkişafında həm genetik quruluş (qabın necə hazırlanması), həm də
mühit (yağış) rol oynayır” - deyə o qeyd edir.
"Piylənmənin inkişafında həm genetik quruluş, həm də mühit rol oynayır”
-Professor Joseph Proietto, University of Melbourne
A link with your BMI result has been sent to the email address.
An error has occured. The email wasn't sent.
Sizə uyğun olan çəkiyə nəzarət strategiyasını tapın
Beləliklə, bu məlumatdan necə istifadə edə bilərik? Axı biz
genlərimizi dəyişdirə bilmərik. Amma bizim fərdi genetik fərqlərimiz
bizdə piylənmənin inkişafına daha az və ya daha çox təsir edə bilər.
Beləliklə, genlərimiz haqqında nə qədər çox bilsək, çəkiyə nəzarət ilə
bağlı daha məlumatlı qərarlar
verə bilərik. Məsələn, piylənmənin inkişaf riskini artıran mühit
amillərini minimuma endirməyə çalışa bilərik.
Fərdi genetikamıza görə müxtəlif müalicə növlərinə də fərqli
reaksiya verə bilərik. Bir şəxs üçün faydalı olan, başqa biri
üçün faydasız ola bilər. Buna görə də hər birimiz çəkiyə nəzarətə fərdi yanaşmalıyıq.
İsti̇nadlar
Clark PJ. The heritability of certain anthropometric characters
as ascertained from measurements of twins. Am J Hum Cenet 1956;
8:49-54.
Waalen J. The genetics of human obesity.
Translational Research 2014; 164(4):293–301.
Guyenet S. The
hungry brain. Outsmarting the instincts that make us overeat. New
York: Flatiron 2017.
Farooqi IS. Genetics of Obesity. In:
Thomas A Wadden & George A Bray (eds.). Handbook of Obesity
Treatment. New York: Guilford Press 2018; 64-74.
Guyenet SJ
& Schwartz MW. Regulation of Food Intake, Energy Balance, and
Body Fat Mass: Implications for the Pathogenesis and Treatment of
Obesity. The Journal of Clinical Endocrinology & Metabolism
2012; 97:745–755.
Morris R. Stranger in a strange land: an
optimal-environments account of evolutionary mismatch. Synthese
2018;1-26.
Qi L. & Cho YA. Gene-environment interaction
and obesity; Nutr. Rev. 2008; 66(12):684–694.
Bell CG,
Walley AJ & Proguel P. The genetics of human obesity. Nature
Reviews - Genetics 2005; 6:221-234.
Proietto J. Body Weight
Regulation. Essential Knowledge to lose weight and keep it off.
Xlibris 2016.
Bir çox ekspert piylənməni xəstəlik kimi qəbul edir. Bu, bəziləri üçün
təəccüb, digərləri isə rahatlıq hissi doğurdu, xüsusilə piylənmədən
əziyyət çəkənlər üçün.
Bədən Kütlə İndeksi (BKİ) yetkin insanlarda çəkinin boya nisbətini
heablayaraq bədən kütləsini aşağı çəki, artıq çəki və piylənmə kimi
siniflərə bölür.