Hormonlar iştahamızı və qida davranışımızı necə idarə edir
Hormonlar, qan vasitəsilə hərəkət edərək iştahanıza nəzarət etməyə kömək edən kimyəvi daşıyıcılardır. Onların təsir mexanizmini anlamaqla biz çəkinin tənzimlənməsinin fiziologiyasını aydınlaşdıra bilərik. Bunun nəticəsində bioloji proseslərə təsir edən müdaxilələrin nəyə görə piylənmənin effektiv müalicəsində vacib olduğunu anlaya bilərik.
Biz acmağımıza və ya yeməkdən sonra tox olmağımıza qərar vermirik, elə deyilmi? Biz sadəcə vaxtında bu hisslərdən birini yaşayırıq və sonra müvafiq hərəkətlərə başlayırıq.
Səhər sağlam qidalanmağa özümüzə söz verdiyimiz halda, nə üçün günortadan sonra qəlyanaltı üçün yaşıl alma əvəzinə şokolad batonuna üstünlük verdiyimizi başa düşə bilmirik.
Beləliklə, yemək davranışımız və yemək seçimlərimiz tamamilə şüurlu nəzarətimizdə deyilsə və bəzən niyyətlərimizə zidd olursa, digər qüvvələr hansılardır, onlar necə işləyirlər və niyə tez-tez planlarımızı pozurlar?
Hormonlar bizi ac və ya tox hiss etdirirlər
"Enerji yaratmaq üçün yanacaq axtarmaq ehtiyacı bütün canlı orqanizmlərin biologiyasında mühim stimuldur: biz hamımız yaşamaq üçün qidaya ehtiyac duyuruq. Buna görə də təəccüblü deyil ki, orqanizmimizdə hormonların idarə etdiyi qida istehlakına nəzarət üçün belə mürəkkəb sistem mövcuddur", - Melburn Universitetinin tibb professoru Cozef Proyetto izah edir.
Belə görünür ki̇, hormonlar bizim qida davranışımızı və seçimlərimizi əlaqələndirən bədən və beyin arasında kimyəvi daşıyıcı rolunu oynayır.
Daha ətraflı
> Sizin beyniniz çəkinizin təhrikedici qüvvəsidir
Hormonlar bədənin enerji istehlakı və qorunmasına cavabdeh olan müxtəlif hissələrdə ifraz olunur, məsələn: bağırsaq (qidanı qəbul və həzm edir), yağ toxuması (enerjini yağ şəklində saxlayır) və mədaltı vəzi (enerjinin saxlanmasında iştirak edən insulin hormonunu ifraz edir).
"Enerji yaratmaq üçün yanacaq axtarmaq ehtiyacı bütün canlı
orqanizmlərin biologiyasında mühim stimuldur: biz hamımız yaşamaq üçün
qidaya ehtiyac duyuruq. Buna görə də təəccüblü deyil ki,
orqanizmimizdə hormonların idarə etdiyi qida istehlakına nəzarət üçün
belə mürəkkəb sistem mövcuddur".
-Professor Joseph Proietto, University of Melbourne
Bəzi hormonlar aclıq hissini stimullaşdırırlar (gəlin onları "aclıq hormonları" adlandıraq), digərləri isə özümüzü tox hiss etməyimizə kömək edirlər (gəlin onları "toxluq hormonları" adlandıraq).
Aşağıda iştahanın tənzimlənməsində iştirak edən hormonlar haqqında məlumat verilib. Burada orqanizm tərəfindən müxtəlif hormonların necə ifraz olunduğunu və onların iştahaya necə təsir etdiyini görə bilərsiniz.
Doyduqdan sonra mədə aclıq hormonunu daha az istehsal edərək və beyinə yemək yeməyi dayandırmaq üçün siqnal göndərərək yemək istəyimizi azaldır. Eyni zamanda, toxluq hormonlarının səviyyəsi yeməkdən sonra artır və 30-60 dəqiqə sonra ən yüksək səviyyəyə çatır.
Aclıq və toxluq hormonlarından gələn siqnalların bu dinamik qarşılıqlı əlaqəsi beyinimizə göndərilərək yemək davranışımızı tənzimləməyə kömək edir. Digər hormonlar qrupu qida seçimlərimizi idarə edə və fiziki aclıq olmasa belə, bizi yeməyə həvəsləndirə bilər.
Arıqlama hormonlarımıza necə təsir göstərir
Görünür ki, arıqladığımız zaman hormon səviyyələri də dəyişir. Araşdırmalar zamanı müəyyən edilib ki, pəhrizlə arıqladıqda, yenidən kökəlməni təşviq edən hormonal dəyişikliklər baş verir.
Arıqladıqdan sonra toxluq hormonlarının səviyyəsi azalır və aclıq hormonlarının səviyyəsi yüksəlir. Bu dəyişikliklər aclığın davamlı artmasına, toxluq hissinin azalmasına və daha az kalori yandırılmasına səbəb olur. Bu dəyişikliklər üç ilə qədər davam edə bilər və demək olar ki, 10 nəfərdən 8-nin uzun perspektivdə itirilən çəkisini yenidən qazanmasına gətirib çıxara bilər.
Bu nəticələr göstərir ki, arıqlamadan sonra aclıq hissinin azaldılması insanlara öz yeni çəkilərini saxlamağa kömək edə bilər.
Arıqlamadan sonra toxluq hormonlarının səviyyəsi azalır və aclıq
hormonlarının səviyyəsi yüksəlir. Bu dəyişikliklər aclığın davamlı
artmasına, toxluq hissinin azalmasına və daha az kalori yandırılmasına
səbəb olur
-Hall KD & Kahan S., Maintenance of Lost Weight and Long-Term Management of Obesity
Hormonlarınızı tanıyın
Hormonlarımızı idarə edə bilməyəcəyimizi xatırlamaq vacibdir. Aclıq hiss etdikdə nə qədər istəməsək də, yemək yeməmək çox çətindir. Ancaq hormonlarımızın necə işlədiyini bilmək çəkimizə effektiv şəkildə nəzarət etmək üçün bizə hansı növ müdaxilələrin və strategiyaların lazım olduğunu anlamağa kömək edə bilər.
A link with your BMI result has been sent to the email address.
An error has occured. The email wasn't sent.
İsti̇nadlar
Proietto J. Chemical messengers: how hormones make us feel
hungry and full. The Conversation 2015:
https://theconversation.com/chemical-messengers-how-hormones-make-us-feel-hungry-and-full-35545
[Accessed July 2019].
Berthoud HR, Münzberg H, &
Morrison CD. Blaming the Brain for Obesity: Integration of Hedonic
and Homeostatic Mechanisms. Gastroenterology 2017;
152:1728–1738.
Hall KD & Kahan S. Maintenance of Lost
Weight and Long-Term Management of Obesity. Med Clin N Am 2018;
102:183–197.
Purcell, K et al. The effect of rate of weight
loss on long-term weight management: a randomized controlled trial.
Lancet Diabetes Endocrinol 2014; 2:954-962.
Iradə gücü və ya fiziologiya: Sükan hansının əlindədir?
Arıqlamaq üçün daha az yeməli və daha çox hərəkət etməlisiniz. Lakin bizim qida seçimimizin və fiziki aktivliyimizin bir çox aspektləri bizim iradəmizdən kənar olan mürəkkəb fizioloji sistemlərlə idarə olunur.
Bir çox ekspert piylənməni xəstəlik kimi qəbul edir. Bu, bəziləri üçün təəccüb, digərləri isə rahatlıq hissi doğurdu, xüsusilə piylənmədən əziyyət çəkənlər üçün.
İstər davranış terapiyası, istər piylənməyə qarşı dərman müalicəsi, istərsə də bariatrik cərrahiyyə olsun, piylənməni müalicə etmək üçün müxtəlif yollar var.