Gəlin çəki haqqında danışaq: Piylənmənin müalicəsi haqqında fərqli bir söhbətin vaxtıdır
COVID-19 piylənməni səhiyyə gündəliyinə daxil edib və bizim bu xəstəliyə necə baxmağımızı və müalicə etməyimizı yenidən düşünmək üçün daha böyük ehtiyac yaradıb. Çəkinin tənzimlənməsini daha yaxşı anlamaq və piylənmənin müalicə variantlarının inkişafında əhəmiyyətli irəliləyiş əldə edilib. Lakin piylənmənin həkimlə müzakirəsi uzun müddət problem olaraq qalıb. Ancaq bu sahədə də ümid işığı var.
Dr Maykl Vallis
avqust 2020
"Mən niyə danışdığınız hər şeyi dinləməliyəm? Ümumiyyətlə mən niyə sizinlə danışmalıyam?"
Belə sualların kəskin olmasına baxmayaraq, piylənmə sahəsində çalışan tibbi psixoloq kimi onlara ümumiyyətlə etiraz etmirəm. Əslində, mən bu sualları çox məntiqli hesab edirəm.
Mənim işimin böyük hissəsi tibb işçilərinin piylənməyə nəzarət sahəsində təlimatlandırılması ilə bağlıdır. Bu, piylənməyə nəzarətin tibbi hissəsi deyil, qulluq hissəsidir.
Bu kontekstdə, yuxarıda göstərilən kəskin suallar nə dərəcədə faydalıdır? Bu suallar tibb işçilərinin piylənməyə nəzarətdə oynadığı rola təsir edir.
Paylaş
" Ekspert məsləhəti yaxşıdır, lakin o, uzunmüddətli davranışa nəzarət etmir."
Piylənmə hekayəsinin iki tərəfi var: həkim və xəstə tərəfi
Mən tez-tez 30 - 40 həkimin iştirak etdiyi auditoriyada piylənməyə nəzarət üzrə təlim seansları keçirəm. “Niyə pasiyentiniz sizin dediyiniz hər şeyi dinləməlidir?” sualını verərək, 3 cavab almağa çalışıram.
Ən çox verilən cavab belədir: "Pasiyentlər məni dinləməlidir, çünki mən mütəxəssisəm". Mən o həkimə həmin insanın həyatında bu anda ikinci-dərəcəli şəxs olduğunu xatırlatmaqla cavab verirəm.
Sadəcə bu barədə düşünün: Siz həkiminizə baş çəkirsiniz, bir plan barədə razılığa gəlirsiniz, sonra evə gedib həyat yoldaşınızın buna şübhə ilə yanaşdığını və həkiminizin tövsiyələrinə etiraz etdiyini öyrənirsiniz. Siz kimi razı salardınız? Həyat yoldaşınızı, yoxsa həkiminizi? Sonra dostlarınızla bayıra çıxırsınız və onlar sizin həkiminizlə razılaşdırdığınız istiqamətdən fərqli istiqamətdə getmək istəyirlər. Nə baş verir? Siz həkiminizi razı salıb tək qalarsınız, yoxsa dostlarınızı razı salarsınız? Ekspert məsləhəti yaxşıdır, lakin o, zamanla davranışa nəzarət etmir və o, əlbəttə ki, həyatınızın mühüm əlaqələrini və vərdişlərinizi üstələmir.
Bu sualın ikinci ən geniş yayılmış cavabı belədir: "Mənim xəstələrim etməli olduqlarını bilirlər". Belə olduğu halda, bu "istəy"ə qarşı "məcburiyyət" sualını qaldırır. Bir insan kimi bizim həqiqətən də ziddiyyət yaradan istəklərimiz var. Bizim istəklərə əsaslanan və xoşbəxtliyin ardınca getməyə maraqlı olan emosional tərəfimiz, riskləri və faydaları hesablaya bilən məntiqi tərəfimiz də var. Sizcə, hansı tərəf daha güclüdür? "Elədir, adi insanda duyğular məntiqi üstələyir".
Daha ətraflı
> İradə gücü və ya biologiya: Sürücü oturacağında kim oturub?
> Hisslər çəkiyə nəzarətdə əsas rol oynayır
Daxili motivasiyanın gücü
Üçüncü, ən az verilən cavab nədir? Həkim deyir: "Pasiyentin mənim məsləhətimi almaq və ona əməl etmək üçün şəxsi və məntiqli səbəbləri var". Elədir ki var! İnsanlar öz inanclarına və dəyərlərinə uyğun olan davranışları daha çox etməyə meyllidirlər.
Beləliklə, müasir piylənməyə nəzarət ilk növbədə, şəxsə suallar verməyə, onu dinləməyə və onun təcrübəsini anlamağa əsaslanır. Bu ümumi nöqteyi-nəzərdən, pasiyent və həkim xəstəliyə nəzarətin müxtəlif variantlarını müzakirə edə bilər.
Paylaş
"Müasir piylənməyə nəzarət ilk növbədə, şəxsə suallar verməyə, onu dinləməyə və onun təcrübəsini anlamağa əsaslanır".
Bu hekayəni ona görə danışdım ki, o, yuxarıda qeyd etdiyim problemi təsvir edir. Yəni, səhiyyə sistemi elə qurulmuşdur ki, həkim burada ekspert rolunda, pasiyent isə xidməti qəbul edən rolundadır.
Bu, təcili yardım otağında və ya əməliyyat otağında işə yarayır, lakin insanların gündəlik etdikləri davranış seçimlərinə gəldikdə isə işə yaramır. Biz öz həyatımızda məsuliyyətli olmalıyıq.
Tibbi ekspert olaraq "mən öyrədəcəyəm və deyəcəyəm" yanaşmasının vaxtı və yeri var, amma bu piylənməyə nəzarət üçün tələb olunan yanaşma deyil. Piylənməyə nəzarət "əməkdaşlıq və imkanları genişləndirmək" yanaşmasını tələb edir.
Daha ətraflı
> Həkiminizlə əməkdaşlıq edin və plan hazırlayın
Paylaş
"Biz öz həyatımızda məsuliyyətli olmalıyıq. Piylənməyə nəzarət “əməkdaşlıq və imkanları genişləndirmək" yanaşmasını tələb edir.
Piylənməyə nəzarətdə müasir yanaşmalar "əməkdaşlıq və imkanları genişləndirmək" prinsipinə və hörmət, qayğı və şəxsin fərdi təcrübəsinin dəstəklənməsinə əsaslanır. Təsəvvür edin ki, həkiminiz sizə deyir: "Siz özünüzün ekspertisiniz, mənim isə piylənməyə nəzarət sahəsində müəyyən təcrübəm var. Sizcə biz birlikdə problemin həlli yollarını tapa bilərik?”
Əminəm ki, belə bir yanaşma tibb işçiləri və piylənmədən əziyyət çəkən insanların piylənmənin effektiv müalicəsi üçün əməkdaşlığın yeganə yoludur. Ancaq təəssüf ki, hələ çox az tibb işçisi bunu bilir.
A link with your BMI result has been sent to the email address.
An error has occured. The email wasn't sent.
“Az ye, çox hərəkət et” yanaşmasının yalnışlığı
Bir çox tədqiqat bunu göstərib ki, tibb işçiləri piylənmə ilə yaşayanlara qarşı qərəz və stiqma nümayiş etdirirlər, pasiyentlər də öz növbəsində tibb işçilərinə güvənmirlər.
Bu halda yuxarıda qeyd etdiyim ikinci sual ortaya çıxır: niyə ümumiyyətlə sizinlə danışmalıyam? Əgər sizdə bu sual yaranırsa və ya tibb işçisi tərəfindən mühakimə olunmaq təcrübəniz varsa, bilmənizi istərdim ki, problem sizdə deyil, tibb işçisindədir. Təəssüflər olsun ki, cəmiyyətin bütün üzvləri kimi, tibb işçiləri arasında da arıqlamanın daha az yemək və daha çox hərəkət etməkdən ibarət olduğu barədə çox sadə bir fikir yaranıb.
Bütün bunlar qəbul edilən və sərf olunan enerji arasındakı fərdi, sadə tənliyə əsaslanır. Beləliklə, əgər arıqlamaq istəyirsinizsə, sadəcə daha az yeyin və daha çox hərəkət edin; əgər belə etməsəniz, günah özünüzdədir. Təsisçisi və üzvü olduğum Obesity Canada adlı cəmiyyətdə biz bunu "Az ye, çox hərəkət et yanaşmasının yalnışlığı” adlandırırıq.
Paylaş
“Az ye, çox hərəkət et” müalicə yanaşmasının təqaüdə çıxmaq vaxtı çatıb.
“Az ye, çox hərəkət et” müalicə yanaşmasının təqaüdə çıxmaq vaxtı çatıb. Piylənmənin tibbi vəziyyət olduğuna dair sübutlar çoxdur - piylənmə riski sizin irsiyyətinizə bağlıdır, iştaha beyin ilə idarə olunan və arıqlamağa mane olan mürəkkəb bir mexanizmdir. Çəkimiz qida ilə bağlı olduğu qədər sosial və emosional problemlərlə də əlaqəlidir.
Nəticədə, piylənmə sadəcə həyat tərzinin nəticəsi deyil və birbaşa idarə edilə bilməz. Piy toxumasının itkisi iştahanı artıran, toxluğu azaldan neyrohormonal dəyişikliklərlə nəticələnir; bədən ən yüksək çəkisini qorumağa çalışır.
Tibbi yanaşmada dönüş nöqtəsi
Reklamlardan ötürülən "az ye, çox hərəkət et" düşüncə tərzi piylənmə ilə yaşayan insanlara qarşı həm ətrafdakıların, həm də piylənməsi olan insanların özlərinə qarşı qərəzli fikir formalaşdırıb.
Vəziyyətin həlli tibb işçilərinin piylənmənin müalicəsi elmi və etikası sahəsində ixtisaslaşmasını tələb edir. Təcrübəmə əsasən hesab edirəm ki, piylənmə ilə yaşayan insanların etimadını yenidən qazanmaq üçün indi daha çox çalışmaq lazımdır. Dəyişdiyimizi sübut edə bilmiriksə, niyə bizə başqa şans versinlər?
Paylaş
“Biz etiraf etməliyik ki, piylənmə və onun müalicəsi ilə bağlı keçmiş inanclarımız yanlış idi və biz indi piylənməni fərqli qəbul edirik”.
Piylənməyə qarşı qərəzliliyin qurbanı olmusunuzsa, bunu unutmaq çətindir. Mən bunu vurğulamaq istəyirəm ki, biz sizinlə düzgün rəftar etməmişik.
Biz etiraf etməliyik ki, piylənmə və onun müalicəsi ilə bağlı keçmiş inanclarımız yanlış idi və biz indi piylənməni başqa cür başa düşürük. Biz bunu etiraf edirik və bunun zərərli olduğunu qəbul edirik. Həkiminizlə yenidən əlaqə qurmağa çalışın.
Müalicənin bir neçə strategiyası
Tip 2 diabet, hipertoniya və astma və s. xroniki xəstəliklər kimi, piylənmənin müalicəsi tibbi (lazım olduqda cərrahi) və davranış strategiyalarının birləşməsini tələb edir.
Bütün xroniki xəstəliklər kimi, piylənmə özünü idarə etməni və özünü idarə etməyə dəstəyi tələb edir. Həkim-pasiyent tərəfdaşlığı bərabərhüquqlu əməkdaşlıqdır.
Paylaş
"Piylənmənin müalicəsində sizə yardım edəcək tibb işçiləri həqiqətən də mövcuddur!"
Vallis M. Are Behavioural Interventions Doomed to Fail? Challenges to Self-Management Support in Chronic Diseases. Can J Diabetes. 2015;39:330–4.
Vallis M, Piccinini-Vallis H, Freedhoff Y, Sharma A. A Modified 5 As Minimal Intervention For Obesity Counselling in Primary Care. Can Fam Physician.
Vallis M, Lee-Baggley D, Sampalli T, Ryer A, Ryan-Carson S, Kumanan K, et al. Equipping providers with principles, knowledge and skills to successfully integrate behaviour change counselling into practice: a primary healthcare framework. Public Health. 2018 Jan;154:70–8.
Vallis M, Lee-Baggley D, Sampalli T, Shepard D, McIssaac L, Ryer A, et al. Integrating behaviour change counselling into chronic disease management: a square peg in a round hole? A system-level exploration in primary health care. Public Health. 2019 Oct;175:43–53.
Ryan RM, Deci EL. Self-determination theory and the facilitation of intrinsic motivation, social development, and well-being. Am Psychol. 2000 Jan;55(1):68–78.
Forman EM, Butryn ML. A new look at the science of weight control: how acceptance and commitment strategies can address the challenge of self-regulation. Appetite. 2015 Jan;84:171–80.
İstər davranış terapiyası, istər piylənməyə qarşı dərman müalicəsi, istərsə də bariatrik cərrahiyyə olsun, piylənməni müalicə etmək üçün müxtəlif yollar var.
Gəlin danışaq: Piylənmə haqqında həkiminizə verəcəyiniz 13 sual
Bu on üç sual dialoqa başlamağa və çəkiyə nəzarət üçün hansı müalicə variantlarının mövcud olduğunu başa düşmək üçün ilk addımları atmağa kömək edə bilər.
Gəlin çəki haqqında danışaq: Piylənmənin müalicəsi haqqında fərqli bir söhbətin vaxtıdır
COVID-19 piylənmənin səhiyyənin gündəliyinə daxil edib və bizim bu xəstəliyə necə baxmağımızı və müalicə etməyimizı yenidən düşünmək üçün daha böyük ehtiyac yaradıb.