"Möcüzəvi pəhriz"... "İstədiyinizi yeyərək istədiyiniz qədər arıqlayın"... “Çəkinizin əriməsinin şahidi olun"... Hər addımda bizi sadə arıqlama üsulları barədə mesajlar əhatə edir. Məni düzgün anlayın, pəhrizlər həqiqətən də faydalıdır. Ancaq, sadəcə qısa müddətdə. Təəssüf ki, hər 10 nəfərdən 8-i pəhrizdən sonra yenidən kökəlir. Amma pəhrizlərin daha az nəzərə çarpan təsiri var - yəni, bizim özümüzə inam hissinə təsir edir.
Dr Michael Vallis
August 2020
Mən psixoloqam, buna görə "niyə" sualını verməyi sevirəm: Niyə biz bu yalanlara inanmağa davam edirik? Sən demə bu, bizim təbiətimizdədir. Bir problemimiz varsa, biz onun həllini tapmaq istəyirik. Problem nə qədər böyük olarsa, onu bir o qədər çox həll etmək istəyirik.
Biz elə bilirik ki, istədiyimiz qədər arıqlaya bilərik. Hər kəs hədəf və ya ideal çəkiyə nail ola biləcəyini düşünür. Lakin elmi sübutlara əsasən çəkinin azalması sadəcə davranışla tənzimlənmir. Çünki, iştaha, bir çox hormon və beyin funksiyaları ilə tənzimlənən mürəkkəb bir mexanizmdir. Elm bizə piylənmə haqqında müxtəlif mənbələrdən eşitdiklərimizdən və əvvəl etdiklərimizdən tamamilə fərqli bir məlumat verir.
Paylaş
" Bir problemimiz varsa, biz onun həllini tapmaq istəyirik. Problem nə qədər böyük olarsa, onu bir o qədər çox həll etmək istəyirik. Biz elə bilirik ki, istədiyimiz qədər arıqlaya bilərik".
Bu, iki mənfi nəticə verə bilər. Birincisi, artıq çəki ilə mübarizə edən insanlar bu prosesə başladıqları gündən sonra adətən kökəlirlər. Bu nə qədər məyus edicidir? İnsan fiziologiyası elə qurulub ki, o bu arıqlama səylərinə əks təsir göstərir. İkincisi, biz görürük ki, bu arıqlamada uğursuz təcrübələr son dərəcə mənfi psixoloji təsir göstərir. Bir çox insanın özünə inam hissi ciddi şəkildə azalır. Həmişə belə deyilib ki, çəkiyə nəzarət etmək olar və lazım olan yeganə şey daha az yemək və daha çox hərəkət etməkdir. Hər şey bu qədər sadədir.
Beləliklə, əgər uğur qazanmasanız (genetikamızı, fiziologiyamızı, mühitimizi və həyat tərzimizi nəzərə alsaq, bu təəccüblü deyil), hesab edirəm ki, sizin özünə inamınız azala bilər.
Paylaş
"Bu arıqlama uğursuzluqları təcrübəsi son dərəcə mənfi psixoloji təsir göstərir. Bir çox insanın özünə inamı ciddi şəkildə azalır.
Bu işgəncəni dayandırmaq lazımdır. Çəki davranış deyil və bədənin ölçüsü sizin günahınız deyil. İnsanlar müxtəlif formalarda, ölçülərdə və rənglərdə olurlar. Bir ölçü hər kəsə uyğun olmur! Hesab edirəm ki, istər tibb işçiləri, istərsə də cəmiyyət olsun, bizim hamımız üçün orqanizmin müxtəlifliyini qəbul etmək çox vacibdir. Piylənməni tərəzidə bir rəqəm kimi deyil, xəstəlik olaraq təbliğ edə bilsək, məsələnin həllinə kömək edə bilərik.
Piylənmə sağlamlığa, həyat funksiyasına və keyfiyyətinə xələl gətirən artıq piy toxumasının toplanmasının nəticəsidir. “Optimal çəki” konsepsiyasını faydalı hesab edirəm. “Optimal çəki” ən sağlam və ən xoşbəxt həyatı yaşayarkən əldə edə və saxlaya biləcəyiniz çəkidir. Əgər buna nail ola bilmirsinizsə, və ya buna nail olmaq üçün qeyri-sağlam bir şey edirsinizsə, və ya buna nail olmaq sizi xoşbəxt etmirsə, bu o deməkdir ki, bu sizin optimal çəkiniz DEYİL.
Paylaş
" Bu işgəncəni dayandırmaq lazımdır. Çəki davranış deyil və bədənin ölçüsü sizin günahınız deyil. İnsanlar müxtəlif formalarda, ölçülərdə və rənglərdə olurlar".
Bədən çəkimizə dəyər vermədiyimiz bir dünya təsəvvür edin. Bu daha yaxşı dünya olardı. Biz əslində tədricən, ancaq davamlı arıqlamanı dəstəkləməliyik.
Düşünürəm ki, “optimal çəki” ilə yanaşı özünə inam hissini də təşviq etmək faydalı olar. Sosial varlıq olduğumuz üçün başqalarının bizim haqqında nə düşündüyü vacibdir və həmişə vacib olacaq. Amma bunun həddi olmalıdır. Cəmiyyət olaraq inkişaf etdikcə bizim mədəniyyətlərimizə sirayət etmiş inancları yenidən dəyərləndirmək yaxşı olar. Qədim dövrləri xatırlasaq, arıqlıq xüsusən də qadınlar üçün gözəllik göstəricisi olmayıb.
Paylaş
"Düşünürəm ki, “optimal çəki” ilə yanaşı özünə inam hissini də təşviq etmək faydalı olar. Cəmiyyət olaraq inkişaf etdikcə bizim mədəniyyətlərimizə sirayət etmiş inancları yenidən dəyərləndirmək yaxşı olar”.
Biz həyatımızı başqalarının tətbiq etdiyi standartlara uyğun yaşamaq məcburiyyətində deyilik. Mən həqiqətən ümid edirəm ki, biz daha çox dəstəkləyici və sübuta əsaslanan piylənmə müalicələrini inkişaf etdirdikcə, özümüzə müsbət münasibəti təşviq etmək üçün konteksti də təmin edəcəyik.
Paylaş
"Mən həqiqətən ümid edirəm ki, biz daha çox dəstəkləyici və sübuta əsaslanan piylənmə müalicələrini inkişaf etdirdikcə, özümüzə müsbət münasibəti təşviq etmək üçün konteksti də təmin edəcəyik."
Özünə inam nədir? Özünə inam sizinlə özünüz arasındadır. Təcrübəmdə gördüyüm insanlara tez-tez aşağıdakıları xatırladıram:
Özünə inamı qazanmaq olmaz
Özünə inam verilə bilməz
Özünə inam borc verilmir
Özünə inam yüklənə bilməz
Özünə inam satın alına bilməz
Özünə inam YALNIZ İNKİŞAF ETDİRİLƏ bilər
Paylaş
"Mən sizi doğulduğunuz bədəni qiymətləndirməyə, əldə edə biləcəyiniz nailiyyətləri dəyərləndirməyə və sizə xas olan dəyəri və özünə inamı inkişaf etməyə çağırıram".
Əgər biz piylənməyə nəzarət haqqında daha az yemək, daha çox hərəkət etmək barədə deyilənləri dəyişdirməkdə insanlara kömək edə bilsək, bədənin müxtəlifliyini qəbul etməkdə və başqalarına hörmət etməkdə daha uğurlu ola bilərik. Mən sizi doğulduğunuz bədəni qiymətləndirməyə, əldə edə biləcəyiniz nailiyyətləri dəyərləndirməyə və sizə xas olan dəyəri və özünə inamı inkişaf etdirməyə çağırıram.
A link with your BMI result has been sent to the email address.
Berthoud HR at el. Blaming the Brain for Obesity: Integration of Hedonic and Homeostatic Mechanisms, Gastroenterology 2017;152:1728–1738
Hall KD et al. Dynamic Interplay Among Homeostatic, Hedonic, and Cognitive Feedback Circuits Regulating Body Weight. Am J Public Health. 2014; 104:1169–1175.
Freedhoff Y; S AM. Best Weight: a Practical Guide to Office-Based Obesity Management. Canadian Obesity Network; 2010.
İstər davranış terapiyası, istər piylənməyə qarşı dərman müalicəsi, istərsə də bariatrik cərrahiyyə olsun, piylənməni müalicə etmək üçün müxtəlif yollar var.